• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

“Rusiya hazır idi, lakin ABŞ imtina etdi” - Peskov

DÜNYA

15 Aprel 2026 | 20:47

“Rusiya hazır idi, lakin ABŞ imtina etdi” - Peskov

“Rusiya İranın zənginləşdirilmiş uran ehtiyatlarını öz ərazisində qəbul etməklə böhranı həll etməyə hazır olsa da, bu təklif ABŞ tərəfindən rədd edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “India Today” qəzetinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, bu təklif birbaşa Vladimir Putin tərəfindən həmkarı Donald Trampa telefon danışığı zamanı irəli sürülüb:

“Bu, tərəflər arasında gərginliyi azaltmaq üçün çox əlverişli bir həll yolu ola bilərdi. Lakin təəssüf ki, Amerika tərəfi bu ideyanı qəbul etmədi”.

Qeyd edək ki, mart ayında yayılan məlumatlara görə, Putin Rusiyaya təxminən 450 kq 60% konsentrasiyalı zənginləşdirilmiş uranın daşınmasını təklif etmişdi.

Xatırladaq ki, ABŞ vitse-prezidenti C.D. Vens Vaşinqtonun bu məsələdəki mövqeyinin dəyişməz qaldığını bildirmişdi. Onun sözlərinə görə, ABŞ uranın sadəcə daşınmasını deyil, İranın bütün zənginləşdirilmiş uran ehtiyatlarını tamamilə təhvil verməsini və nüvə proqramının birdəfəlik dayandırılmasını tələb edir./Qafqazinfo


SON XƏBƏRLƏR