• Bakı 10° C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Türkiyə tankları bu ölkəyə daxil olub?

DÜNYA

15 Aprel 2026 | 21:32

Türkiyə tankları bu ölkəyə daxil olub?

Kiprin Pila kəndi yaxınlığında yerləşən BMT-yə məxsus bufer zonasında gərginlik artıb. Hadisə adadakı yunan və türk icmalarının ziddiyyətli açıqlamalarına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, yunan tərəfi Türkiyənin bölgəyə 15 tank göndərdiyini, mülki geyimdə polis əməkdaşlarının yerləşdirildiyini və Şimali Kipr Türk Respublikası bayrağının qaldırıldığını iddia edir.

Lakin BMT sülhməramlı missiyası bu məlumatları təkzib edib. Bildirilib ki, texnika və qüvvələr bufer zonaya daxil olmayıb, yalnız türk tərəfinin nəzarətində olan ərazidə yerləşdirilib.

Türk tərəfi isə hadisənin hərbi deyil, təsərrüfat mübahisəsi ilə bağlı olduğunu açıqlayır. Onların sözlərinə görə, yunan tərəfi heyvan xəstəliyi ilə əlaqədar yoxlama aparmaq üçün sərhədi keçmək istəyib, lakin buna icazə verilməyib.

Bölgədə BMT və Britaniya qüvvələrinin patrulları gücləndirilib. Vəziyyət hazırda sabitdir, lakin tərəflər arasında gərginlik qalmaqdadır./Globalinfo


SON XƏBƏRLƏR