• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

İtaliya Sudana 30 milyon avroluq humanitar yardım ayıracaq

DÜNYA

15 Aprel 2026 | 21:12

İtaliya Sudana 30 milyon avroluq humanitar yardım ayıracaq

İtaliya vətəndaş müharibəsi fonunda ağır böhran yaşayan Sudana dəstək məqsədilə 30 milyon avro məbləğində əlavə humanitar yardım paketinin ayrıldığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani Berlində Sudan üzrə üçüncü humanitar konfransdakı iştirakının yekunlarına dair "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, vəsaitlər səhiyyə, təhsil və kənd təsərrüfatı sahələrindəki layihələrə yönəldiləcək.

Tayani Sudanda münaqişənin tezliklə dayandırılması, sülh və sabitliyin bərpası üçün beynəlxalq dialoqun zəruriliyini vurğulayıb.

O, həmçinin barışıq və danışıqlar prosesini dəstəkləmək məqsədilə İtaliyanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə ölkədə siyasi-humanitar görüş təşkil etmək planları barədə də məlumat verib.

Qeyd edək ki, Sudanda artıq üç ildir vətəndaş müharibəsi gedir. Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında toqquşmalar 2023-cü il oktyabrın 15-dən davam edir. Hərbi münaqişə 40 mindən çox yerli sakinin həyatına son qoyub, 14 milyona yaxın insanı öz evlərini tərk etməyə məcbur edib.


SON XƏBƏRLƏR