Laçın rayonunun Zabux kəndində şəhid Ədalət Məmmədov adına tam orta məktəbdə sakinlər və şagirdlər üçün mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) "X" sosial media hesabında paylaşım edilib.
ANAMA-nın əməkdaşı təlim zamanı şagirdlərlə "Təhlükəli ərazi nədir?", "Təhlükəli əraziləri necə tanımaq olar?", "Naməlum əşya gördükdə nə etmək lazımdır?" və s. suallar ətrafında müzakirələr aparıb və onların fikirlərini öyrənib.
Eyni zamanda şagirdlərə təhlükəli maddələr, partladıcılar və minalar barədə də məlumatlar verilib. Onlara dərsliklər və metodik vasitələr paylanıb.
Bakı 




