• Bakı C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Tayland HHQ Kambocadakı hərbi obyektə zərbə endirib

DÜNYA

20 Dekabr 2025 | 16:24

Tayland HHQ Kambocadakı hərbi obyektə zərbə endirib

Tayland Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələri Kamboca Silahlı Qüvvələrinin Pursat əyalətindəki hərbi obyektinə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. 

Qeyd edilib ki, şənbə günü keçirilən əməliyyat zamanı Kamboca qoşunlarının qüvvələrini cəmləşdirmək üçün istifadə etdiyi hərbi bazanın binasına zərbə endirilib.

Sərhəd münaqişəsinin eskalasiyası zamanı Tayland Kambocada yerləşən dörd hərbi bazaya zərbə endirib. Banqkok iddia edir ki, onlar hərbi əməliyyatlara rəhbərlik etmək, dronların buraxılışını həyata keçirmək, dron əleyhinə sistemləri idarə etmək və Tayland ərazisinə artilleriya zərbələri endirmək üçün istifadə edilən ön komandanlıq mərkəzləri olub.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 Dekabr 2025