• Bakı C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Ceyhun Bayramov: Azərbaycan və Monteneqro müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir

SİYASƏT

20 Dekabr 2025 | 13:36

Ceyhun Bayramov: Azərbaycan və Monteneqro müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir

“Azərbaycan və Monteneqro arasında olan münasibətlərin çox dərin və müsbət tarixi mövcuddur. Biz ən müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik”.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.

    Nazir bildirib ki, həmkarımın Azərbaycana bu səfərini çox vaxtında olan səfər sayır: "Biz 2025-ci ildə siyasi məsləhətləşmələr keçirmişdik, o cümlədən konsulluq məsləhətləşmələrinin keçirilməsi üzrə bu gün iki ölkə arasında Saziş imzalandı. Ümumilikdə mövcud olan 22 saziş müxtəlif sahələri əhatə edir”.


    SON XƏBƏRLƏR

    19 Dekabr 2025