2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycan öz suverenliyini bütün ölkə ərazisində tam bərpa edib və bununla da şəhidlərin arzusu gerçəkləşib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Şəhidlər Xiyabanını ziyarət edərkən bildirib.
Səfir qeyd edib ki, bu gün Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda göstərdiyi milli iradənin təzahürünün 36-cı ili tamam olur: “Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, o ağır şəraitdə öz müstəqillik və suverenlik iradəsini ortaya qoyub. Azad və müstəqil Azərbaycan naminə, Türkiyə–Azərbaycan qardaşlığı adına biz hər zaman Azərbaycanın yanında olmuşuq. Bu gün də yanındayıq, sabah da birlikdə olacağıq”.
Birol Akgün Azərbaycan–Türkiyə qardaşlığının daim olmasını arzuladığını bildirib və şəhidlərə Allahdan rəhmət diləyib.
Bakı 




