• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

TƏBİB ləğv oluna bilər - İDDİA

SİYASƏT

18 Fevral 2026 | 11:34 | Müəllif: Əli Hüseynov

TƏBİB ləğv oluna bilər - İDDİA

Xəbər verdiyimiz kimi,  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov fevralın 16-da vəzifəsindən azad edilib.

Onun barəsində həbs qərarının veriləcəyi ilə bağlı iddialar da mediada yer almaqdadır.

Bununla yanaşı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ləğv ediləcəyi ilə bağlı məlumatlar da gündəmə gəlib.

Məsələ barədə Bakıvaxtı.az-ın əldə etdiyi məlumatda bildirilir ki, qurumun gələcək taleyi ilə bağlı müxtəlif ssenarilər hökumət səviyyəsində müzakirə olunur.

Mənbə TƏBİB-in fəaliyyətində yaranmış sistem problemləri, icra mexanizmlərindəki uyğunsuzluqlar və idarəetmə çətinliklərinin ləğv variantını aktuallaşdırdığını bildirir. Yer alan iddiada TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdiriləcəyi deyilir.

Bununla belə, qurumun taleyi ilə bağlı rəsmi qərar hələ açıqlanmayıb.

Rəşid Muxtar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026