Serbiya Prezidenti Aleksandr Vuçiç 13-cü Dünya Şəhərlər Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.
O qeyd edib ki, səfərin dəqiq tarixi 17 maydır və bu, WUF13 çərçivəsində baş tutacaq.
Səfirin sözlərinə görə, Serbiya Prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib:
"Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil, amma o, iştirakını təsdiqləyib".
Qeyd edək ki, WUF13 konfransı 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Tədbir çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq.
Bakı 




