Məhkəmə Yekaterinburqda əvvəlki illərdə törədilmiş qətllərdə ittiham olunan üç Azərbaycan vətəndaşının məhkəməyəqədərki həbs müddətini uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, Əziz Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev Rusiya Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin "z" və "g" bəndləri ilə - "Bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq törədilmiş qətl; muzdlu qətl; muzdlu qətlə cəhd"də ittiham olunurlar:
Məhkəmə həbs müddəti 29 mart 2026-cı ilə qədər uzadılıb. Qərar hələ qüvvəyə minməyib. Sverdlovsk Vilayət Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, tərəflərin apelyasiya şikayəti vermək üçün üç günü var.
Bakı 




