• Bakı 25° C

    7.67 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Orban Rusiya ilə müharibə ehtimalından danışdı

DÜNYA

20 Dekabr 2025 | 18:19

Orban Rusiya ilə müharibə ehtimalından danışdı

"Qərb sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsi ideyası, eləcə də Rusiya aktivlərinin müsadirə edilməsi və Ukraynaya dəyən ziyanın ödənilməsi təklifləri Avropanı Rusiya ilə müharibə həddinə çatdırır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Seqeddə keçirilən görüşdə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının fəallarının suallarını cavablandırarkən deyib.

"Almanlar Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünürlər. Bəs Rusiya qoşunlarının atəşinə tutulub cavab atəşi açsalar necə olar? Buna müharibə deyilir", - Baş nazir bildirib.

O, bəzi Avropa liderlərinin riskli çağırışlarının son dərəcə ciddi qəbul edilməli olduğuna inandığı da qeyd edib. Orban bildirib: "Biz müharibənin astanasındayıq".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyul 2026