• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kombi oğurusu saxlanıldı

HADİSƏ

20 Dekabr 2025 | 17:00

Kombi oğurusu saxlanıldı

Paytaxtın Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb.

Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M.Mahmudov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində yerləşən anbarların birindən 48 ədəd kombi oğurlaması da məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026