• Bakı C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupu ilk görüşünü keçirib

SİYASƏT

20 Dekabr 2025 | 10:36

Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupu ilk görüşünü keçirib

Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupu ilk görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyi məlumat yayıb.

"Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər.

    Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik. ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir", - paylaşımda qeyd edilib.

     

     


    SON XƏBƏRLƏR

    19 Dekabr 2025