• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu dəfə üzüyü oğurlandı

DÜNYA

19 Dekabr 2025 | 23:52 | Müəllif: Subhan Mahmudov

Bu dəfə üzüyü oğurlandı

Belçikanın Jenap şəhərindəki “Napoleonun son qərargahı” muzeyi qarət edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.

Məlumata görə, iki cinayətkar binaya pəncərədən daxil olub. Onlar kolleksiyadakı əşyalar, o cümlədən tarixən Napoleonla bağlı olan beş brilyantla bəzədilmiş 18 karatlıq qızıl üzük oğurlanıb. Bu üzüyün 18 iyun 1815-ci ildə Vaterloo döyüşündə imperatorun məğlubiyyətindən sonra tapıldığı bildirilir.

Oğurluq faktı ilə bağlı polisə məlumat verilib. Valon Brabant prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xatırladaq ki, oktyabrın 19-u Fransada naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026