• Bakı C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

ABŞ-də hərbi bazada atışma olub

DÜNYA

20 Dekabr 2025 | 00:02

ABŞ-də hərbi bazada atışma olub

ABŞ-nin Arizona ştatında yerləşən “Luke” Hərbi Hava Qüvvələri bazasında naməlum bir şəxs tərəfindən atəş açılması faktı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazanın rəsmi “Facebook” səhifəsində paylaşılmış açıqlamada məlumat verilib.

Bildirilib ki, atışma ilə bağlı daxil olan məlumatlar əsasında “Luke” bazasında müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir. Şəxsi heyətə olduqları yerlərdə qalmaq və təhlükəsiz sığınacaqlara keçmək göstərişi verilib.

Hazırda hadisə nəticəsində xəsarət alanların olub-olmaması və atəş açan şəxsin şəxsiyyəti ilə bağlı hər hansı məlumat açıqlanmayıb.


SON XƏBƏRLƏR

19 Dekabr 2025