• Bakı C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Azərbaycan Türkiyəyə 150 min tona yaxın xam neft ixrac etdi

İQTİSADİYYAT

20 Dekabr 2025 | 16:56

Azərbaycan Türkiyəyə 150 min tona yaxın xam neft ixrac etdi

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyəyə 142 min 382,68 ton xam neft ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 68 milyon 994,28 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 2,6 dəfə, dəyəri isə 2,9 dəfə azdır.

Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 0,64 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 11 milyard 514 milyon 966,53 min ABŞ dolları olan 22 milyon 132 min 445,56 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb.


SON XƏBƏRLƏR

19 Dekabr 2025