2025-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 9 faiz (616 mln. manat) çox olmaqla 7 mlrd. 111 mln. manat vəsait yönəldilib.
Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Keçən ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.
Pensiyaların orta aylıq məbləği 9 faiz artımla 543 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 578 manata çatıb.
Son bir ildə 41 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 178 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Bakı 




