2026-ci ilin yanvar ayında Azərbaycandan Xorvatiyaya 40,8 milyon ABŞ dolları dəyərində bitumu süxurlardan əldə edilmiş 86,2 min ton xam neft və neft məhsulları ixrac olunub.
Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 147,4 milyon ABŞ dolları və ya 78,3 faiz, həcm baxımından isə 252,8 min ton və ya 74,6 faiz azalıb.
Belə ki, ötən ilin yanvar ayında Azərbaycandan Xorvatiyaya 188,2 milyon ABŞ dolları dəyərində 339 min ton neft və neft məhsulları ixrac olunub.
Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6% artıb.
Bakı 




