• Bakı 11° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Şahbulaq qalası 3,5 milyon manata bərpa ediləcək

CƏMİYYƏT

17 Fevral 2026 | 15:28

Şahbulaq qalası 3,5 milyon manata bərpa ediləcək

Ağdamın Şahbulaq kəndində yerləşən Şahbulaq qalasının bərpası üçün 3,5 milyon manat vəsait ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi "M-TND" MMC ilə bir mənbədən müqavilə imzalayıb.

Qalanın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması üçün şirkətə 3 milyon 530 min 196,47 manat ödəniş edilib. İşlərin dekabrda yekunlaşması nəzərdə tutulur.

Qeyd edək ki, "M-TND" MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Nazim Kəlbiyevdir.


SON XƏBƏRLƏR