• Bakı 12° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

İspaniya Kubaya humanitar yardım göndərə bilər

    DÜNYA

    17 Fevral 2026 | 13:34

    İspaniya Kubaya humanitar yardım göndərə bilər

    İspaniya BMT kanalları vasitəsilə Kubaya humanitar yardım göndərmək niyyətini açıqlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, İspaniyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, yardım ərzaq məhsulları və zəruri tibbi ləvazimatlar şəklində təqdim olunacaq.

    Madriddə keçirilən ikitərəfli görüş zamanı İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və Kubanın xarici işlər naziri Bruno Rodriges Karib dənizi ölkəsində yaranan mövcud vəziyyəti müzakirə ediblər. Tərəflər siyasi, iqtisadi və ticarət dialoqunun, eləcə də, qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

    Bir müddət öncə Meksika Kubaya 800 ton humanitar yardım göndərib. Ötən həftə yardım yükləri daşıyan iki hərbi gəmi ada dövlətinə çatıb.

    Qeyd edək ki, Kuba hazırda dərin iqtisadi və enerji böhranı ilə üzləşib. Ölkədə tez-tez elektrik kəsintiləri müşahidə olunur, ərzaq və dərman qıtlığı yaşanır. Hökumət yanacaq satışına məhdudiyyətlər də daxil olmaqla fövqəladə tədbirlər tətbiq edib./Azərtac


    SON XƏBƏRLƏR