• Bakı 11° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Saxta içkilərin satışı qadağan edilib - FOTOLAR

CƏMİYYƏT

17 Fevral 2026 | 15:24

Saxta içkilərin satışı qadağan edilib - FOTOLAR

Mingəçevirdə mağazalarda aşkarlanan saxta alkoqollu içkilərin satışı qadağan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat yayıb.

Bildirilib ki, bunlar Puşkin küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən alkoqollu içkilərin satışı mağazasında və Xocalı küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən qida məshullarının satışı mağazasında müəyyən edilib.

"Hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.

Mağazalarda aşkarlanan “Настояшая”, “Forest Line Organic”, “Kapitan”, “Organic Marka”, “Native Nectar”, “Qərbi Azərbaycan”, “Brend Line” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Materialların hüquq mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR