• Bakı 12° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

“Sülh körpüsü”ndə yeni mərhələ: Bakı-İrəvan xəttində nə dəyişir?

SİYASƏT

17 Fevral 2026 | 14:48

“Sülh körpüsü”ndə yeni mərhələ: Bakı-İrəvan xəttində nə dəyişir?

“Mən “Sülh körpüsü” təşəbbüsünün üçüncü görüşündə iştirak etdim. Bundan əvvəl İrəvan və Bakıda vətəndaş cəmiyyəti nümayəndələrinin 2 görüşü baş tutmuşdu".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan nümayəndə heyətinin tərkibində Ermənistana səfər etmiş siyasi şərhçi İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, tərəflər artıq tamamilə yeni mərhələyə başlayıb ki, bu da sülh və etimad quruculuğudur:

“Görüşlərdə vətəndaş cəmiyyəti vasitəsi ilə ali səviyyədə əldə edilmiş nailiyyətləri daha da genişləndirmək imkanları araşdırılır. Bu baxımdan, Ermənistanda ölkəmizi, Sosial Tədqiqatlar Mərkəzini təmsil etmək önəmli idi. Ona görə ki, biz həm də tarixi bir missiyanı həyata keçiririk. Həmçinin, səfər zamanı başqa tarixi an da yaşadıq.

Müsahibimiz vurğulayıb ki, ilk dəfə olaraq Qazax istiqamətində Aşağı Əskipara və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya olunmuş quru sərhədlərini keçiblər:

“Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə keçirilən görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olundu. Əsasən, ötən il avqustun 8-də Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsi, siyasi-iqtisadi, humanitar sahədə olunmuş nailiyyətlər müzakirə olundu. Məhz bu kontekstə məhz perspektivlərə də nəzərə saldıq”.

İlyas Hüseynov: Bu cür görüşlər  həm də cəmiyyətlərə mesaj ötürülməsi baxımından önəmlidir

Analitik qeyd edib ki, Ermənistana taxıl, neft məhsullarının tədarükü, vətəndaş cəmiyyətləri üzvlərinin mütəmadi görüşü və intensiv təmaslar sülh prosesinə pozitiv dinamika qatır:

“Nəzərə alaq ki, bizim heyətin tərkibində QHT nümayəndələri, ekspert icmasının üzvləri və media təmsilçiləri yer alırdı. Bu da bizim nümayəndə heyətinin əhatəli və çoxşaxəli məzmunundan xəbər verir. Biz erməni həmkarlarla görüşdə cəmiyyətimizi narahat edən məqamları gündəmə gətirdik, müzakirə apardıq. Digər mühüm məqam odur ki, biz Ermənistanın rəsmi şəxsləri ilə görüşdük. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini ilə görüşdə onlara müvafiq suallar ünvanladıq. Ümumiyyətlə, bu cür görüşlərin keçirilməsi həm də cəmiyyətlərə mesaj ötürülməsi baxımından önəmlidir”, - deyə İlyas Hüseynov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR