Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi vəzifəsindən istefa verən Taleh Quliyevin yerinə kimin təyin edildiyi məlum olub.
Bakıvaxtı.az-ın Oxu.az-a istinadən məlumatına görə, Taleh Quliyevin səlahiyyətlərini Audiovizual Şuranın Kommunikasiya sektorunun əməkdaşı Xəyalə Mərdanlı icra etməyə başlayıb.
***
17:11
Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, o bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında Şuranın Kommunikasiya sektorunun müdiri təyin edilib.
O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində və AZƏRTAC-da çalışıb.
Bakı 





