2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən (uçotu aktiv olan) operator və provayderlərin sayı 146-ya çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Bildirilir ki, bu, 20 il əvvəl ilə müqayisədə 133 yeni şirkətin telekommunikasiya bazarına daxil olduğunu göstərir.
Müasir dövrdə telekommunikasiya sahəsindəki artım, xüsusilə texnoloji inkişaflar və bazar tələblərinin dəyişməsi ilə sıx bağlıdır.
Bakı 




