• Bakı 14° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Azərbaycan-Serbiya əməkdaşlığı genişlənir: Balkanlarda yeni geosiyasi mərhələ

SİYASƏT

17 Fevral 2026 | 13:00

Azərbaycan-Serbiya əməkdaşlığı genişlənir: Balkanlarda yeni geosiyasi mərhələ

“Azərbaycanın Serbiya ilə kifayət qədər geniş əlaqələri, hərbi-sənaye sahəsində sıx əməkdaşlığı var.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Serbiya hazırda çətin durumdadır:

“Serbiya əvvəllər Rusiyadan qaz alırdı. Bu ölkənin dənizə çıxışı yoxdur. Sıxılmış mavi qazı almaq üçün terminallar Xorvatiyadadır. Serbiyanın isə Xorvatiya ilə münasibətləri olduqca gərgindir. Ona görə də Serbiyanın yeganə ümid yeri Azərbaycan qazıdır. Yəni Serbiya Azərbaycan üçün əhəmiyyətli partnyordur”.

Deputat hesab edir ki, dövlətimizin başçısının Serbiyaya səfəri Azərbaycanın Balkanlarda nüfuzunu artırmasına öz təsirini göstərəcək. Dediyinə görə, Azərbaycanın Albaniya ilə də sıx əlaqəsi var:

“Amma Serbiya əhalisinə, tarixinə və sənayesinə görə aparıcı mövqedədir. Ona görə də Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsi çox əhəmiyyətlidir”.

Rasim Musabəyov: Ölkəmizlə əməkdaşlıq edən dövlətlər Bakıdan özlərinə dəstək xahiş edirlər

Müsahibimiz əlavə edib ki, böyük siyasi nüfuza və geniş imkanlara sahib olan Azərbaycanla hər bir dövlət yaxınlıq etməyə, xoş münasibət saxlamağa meyillidir:

“Ölkəmizlə əməkdaşlıq edən dövlətlər Bakıdan özlərinə dəstək xahiş edirlər. Çünki bizim imkanlarımız genişdir. Azərbaycan öz sözünü bütün beynəlxalq arenalarda deməyi bacarır”.

Musabətov vurğulayıb ki, 44 günlük savaşda əldə etdiyimiz Zəfəri diplomatik cəbhədə qoruyub saxlamaq və uğurları davam etdirmək heç də asan deyildi. Fransanı iki dəfə BMT-nin Təlükəsizlik Şurasından əliboş qaytardıq:

“Serbiya və digər Qərb dövlətləri baş verənləri yaxından izləyirlər, Azərbaycanın regionda və qlobal miqyasda uğurlarına şahidlik edirlər. O səbəbdən, ölkəmizlə müttəfiqlik qurmaqda maraqlıdırlar. Bunun da səbəbi Azərbaycan liderinin ən təcrübəli dövlət başçısı olması, yeritdiyi uzaqgörən siyasətdir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

16 Fevral 2026