• Bakı 14° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Etiraz dalğası və Tehran: Qərar verən kimdir?

SİYASƏT

17 Fevral 2026 | 12:14

Etiraz dalğası və Tehran: Qərar verən kimdir?

Fevralın 14-də dünyanın onlarla şəhərində İran hakimiyyətinin siyasətinə qarşı keçirilən aksiyalar beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu ölkədəki proseslərə yönəltdi. Kütləvi yürüşlər bir tərəfdən diasporun təşkilatlanma imkanlarını və fəallığını nümayiş etdirdi, digər tərəfdən isə qlobal ictimai rəydə formalaşan yeni tendensiyaların siqnalı kimi qiymətləndirildi.

Bu miqyaslı etirazlar beynəlxalq güclərin İran siyasətinə baxışını dəyişdirə bilərmi? Regiondakı siyasi dinamikanı hansı istiqamətə yönəldə bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, bu, beynəlxalq ictimai rəyə müəyyən təsir edə bilər, lakin İran daxilində ictimai rəyin necə formalaşacağı ayrıca müzakirə mövzusudur.

Politoloqun sözlərinə görə, digər tərəfdən, dövlətin xarici siyasətini xaricdə formalaşan ictimai rəy üzərindən qurmaq doğru yanaşma deyil. İranın böyük dövlətlərlə bağlı konkret strateji maraqları var - enerji təhlükəsizliyi, regional sabitlik və diplomatik balans kimi məsələlər prioritet təşkil edir. Bu maraqlar beynəlxalq mediada təqdim olunan mövqelərlə tam üst-üstə düşməyə bilər.

Əziz Əlibəyli: Təkcə ictimai rəylə dövlətlərin siyasətinə kəskin təsir göstərmək imkansızdır

Ə.Əlibəyli bildirib ki, başqa bir mühüm məqam etirazların dinamikası ilə bağlıdır. Dediyinə görə, çox zaman İran əleyhinə keçirilən diaspor aksiyaları geniş işıqlandırılır:

"Lakin İran hakimiyyətini dəstəkləyən aksiyalarla bağlı görüntülərin beynəlxalq mediada yer almaması suallar doğurur. Bu faktor da ümumi mənzərənin birtərəfli təqdim olunmasına səbəb ola bilər".

Müsahibimiz qeyd edib ki, İran daxilində keçirilən etirazların uzunmüddətli xarakter daşımadığı və qısa müddətdə səngidiyi müşahidə olunur. Qlobal miqyasda isə təkcə ictimai rəy vasitəsilə dövlətlərin siyasətinə kəskin təsir göstərmək imkansızdır. Bu proses daha çox İran məsələsini beynəlxalq gündəmdə saxlamağa xidmət edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

16 Fevral 2026