• Bakı 12° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

CƏMİYYƏT

17 Fevral 2026 | 15:00

Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib.

Bakıvaxtı.az-ın Trend-ə istinadən məlumatına görə, A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub.

Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan “seçildiyi” vurğulanıb.

Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icra başçısına irad tutulub.

Qeyd edək ki, töhmət alan icra başçısı Adil Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.


SON XƏBƏRLƏR