Bir neçə gün əvvəl ABŞ hərbçiləri 5700-ə qədər İŞİD üzvü olmaqla təqsirləndirilən məhkumların Suriya həbsxanalarından İraqa köçürülməsi əməliyyatını başa çatdırıb.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə köçürülən həmin şəxslərlə bağlı İraq Ədliyyə Nazirliyi adından sənəd yayılıb.
Sözügedən sənəddə isə köçürülənlərin milliyətləri və hansı ölkə vətəndaşı olmaları qeyd olunub.
İddialara görə, həmin məhkumlar arasında 55 Azərbaycan vətəndaşı da var. Ümumilikdə isə siyahıda 66 ölkənin adı yer alıb./Qafqazinfo
Bakı 





