• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Rusiya Ukraynanın iki vilayətinə zərbələr endirib

DÜNYA

14 Aprel 2026 | 14:56

Rusiya Ukraynanın iki vilayətinə zərbələr endirib

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk və Xerson vilayətlərinə zərbələr endirib, nəticədə 4 nəfər ölüb, 31 nəfər yaralanıb.

Bakıvaxtı.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri bildiriblər.

Onların məlumatına görə, Xerson vilayətində 4 nəfər ölüb, 16 nəfər, o cümlədən iki tibb işçisi yaralanıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja 15 nəfərin yaralandığını bildirib.

Onun sözlərinə görə, yaralananların hamısı xəstəxanaya yerləşdirilib: 9 nəfər ağır, qalanları isə orta ağır vəziyyətdədir.


SON XƏBƏRLƏR