• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yermak HƏBS OLUNDU - FOTOLAR

DÜNYA

14 May 2026 | 10:44 | Müəllif: Subhan Mahmudov

Yermak HƏBS OLUNDU - FOTOLAR

Kiyev məhkəməsi Ukrayna Prezidentinin Ofisinin keçmiş rəhbəri Andrey Yermak barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, Yermak külli miqdarda vəsaitin yuyulmasında təqsirləndirilir.

Bununla belə, məhkəmənin qərarına əsasən, Yermak 140 milyon qrivna (təqribən 3,1 milyon dollar) girov qarşılığında sərbəst buraxıla bilər.

Qeyd edək ki, mayın 11-də Ukraynanın Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun əməkdaşları Yermaka Kiyev vilayətində elit kottec qəsəbəsinin tikintisi zamanı təxminən 10,5 milyon dollar vəsaitin yuyulması ilə bağlı ittiham irəli sürüblər.

Onu da xatırladaq ki, Andrey Yermak 2025-ci il noyabrın 28-də istefa verib.


Yermak HƏBS OLUNDU - FOTOLARYermak HƏBS OLUNDU - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026