• Bakı 14° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Türkiyədə zəlzələ oldu

DÜNYA

13 Iyun 2026 | 09:19 | Müəllif: Subhan Mahmudov

Türkiyədə zəlzələ oldu

Türkiyənin Qaziantep vilayətində zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yeraltı təkanların gücü 4,6 bal olub. Zəlzələnin episentri Nurdağı rayonunda qeydə alınıb.

Rəsmi məlumatlarda bildirilir ki, zəlzələ ocağı yerin təxminən 7 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar ətraf ərazilərdə də hiss olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən monitorinq aparılır. İlkin məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026