• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Omandan İrana etiraz NOTASI

DÜNYA

12 Iyul 2026 | 19:30 | Müəllif: Aynur Babazadə

Omandan İrana etiraz NOTASI

Omanın Xarici İşlər Nazirliyi İranın Maskatdakı səfiri Musa Fereydunu çağıraraq ona İranın Oman ərazisinə pilotsuz təyyarələrinin hücumları ilə bağlı rəsmi etiraz notası təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, Nazirliyin məlumatına görə, hücumlar Musandam və Əl-Bətinə əyalətlərindəki obyektləri hədəfə alıb. Oman hadisədən narazılığını bildirib və hərəkətləri məsuliyyətsizlik adlandırıb.

Görüş zamanı Oman nümayəndələri dövlət suverenliyi, mehriban qonşuluq və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə riayət etməyin vacibliyini vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026