• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gürcüstan Rusiyaya şərt qoydu

DÜNYA

11 Avqust 2026 | 18:14 | Müəllif: Gülşən Şərif

Gürcüstan Rusiyaya şərt qoydu

“Gürcüstan Moskva Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıdığı müddətdə Rusiya ilə tamhüquqlu diplomatik münasibətləri bərpa etmək niyyətində deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanıması faktı mövcud olduğu müddətdə diplomatik münasibətlər bərpa edilməyəcək. Rusiya Federasiyası ilə bağlı məqsədimiz münaqişənin dinc yolla nizamlanmasıdır”, - o bildirib.

Baş nazir vurğulayıb ki, problemin dinc yolla həll edilməsi Gürcüstanın xarici siyasət prioritetlərindən biridir.

İrakli Kobaxidze Rusiyanın Gürcüstan ərazisində işğal cinayəti törətdiyini də sözlərinə əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026