• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib

    SİYASƏT

    19 Oktyabr 2026 | 13:05 | Müəllif: Əli Hüseynov

    Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib

    Azərbaycanın Malayziyadakı səfiri Xəzər Fərhadov etimadnaməsini bu ölkənin Kralı Sultan İbrahimə təqdim edib.

    Bakıvaxtı.az xəbər verir ki, təqdimetmə mərasimi zamanı səfir X.Fərhadov Prezident İlham Əliyevin salamlarını və ən xoş arzularını Malayziyanın Kralına çatdırıb. O, dövlətimizin başçısının iki dost və qardaş ölkə arasındakı münasibətlərin daha da inkişafı və gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

    Malayziya Kralı Sultan İbrahim də salamlarını və ehtiramını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib, Azərbaycan xalqının rifah, xoşbəxtlik, əmin-amanlıq və tərəqqisinin davam etməsini arzuladığını bildirib. O, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.


    Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edibAzərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026