• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Xandanyan: Ermənistan və İran TRIPP layihəsi ilə bağlı anlaşma əldə edib

DÜNYA

11 Avqust 2026 | 19:19 | Müəllif: Gülşən Şərif

Xandanyan: Ermənistan və İran TRIPP layihəsi ilə bağlı anlaşma əldə edib

Ermənistan və İran arasında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Xandanyan bildirib.

Onun sözlərinə görə, ABŞ və İran arasında mövcud gərginlik layihənin həyata keçirilməsinə mane olmayacaq.

“Ermənistan və İran arasında TRIPP layihəsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub və hesab etmirəm ki, İran-Amerika münasibətlərindəki gərginlik bu proqramın həyata keçirilməsinə təsir göstərə bilər. Dəmir yolu məsələsi gündəmdədir. Hazırda onun yerləşəcəyi ərazi və məqsədəuyğunluğu öyrənilir. Yoxlamalar başa çatdıqdan sonra tikinti işlərinə başlanacaq. Mən siyasi maneə görmürəm”, – Xandanyan qeyd edib.

Deputat əlavə edib ki, İrəvan Vaşinqton və Tehran arasında mümkün qədər tez sülh əldə olunacağına ümid edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026