BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasının region, beynəlxalq təhlükəsizlik və dünya iqtisadiyyatı üçün fəlakətli nəticələr doğura biləcəyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Düjarrikin sözlərinə görə, Antonio Quterreş ABŞ və İran arasında gərginliyin artmasından ciddi narahatlığını ifadə edib.
"Baş katib bir daha bəyan edir ki, genişmiqyaslı hərbi əməliyyatlara qayıdış region xalqları, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər", - deyə Düjarrik bildirib.
O əlavə edib ki, Quterreş Vaşinqton və Tehranı təmkinli davranmağa və gərginliyin daha da artmasına yol verməməyə çağırıb.
Bakı 



