Çində məhkəmə Nankin Xalq Nümayəndələri Məclisinin keçmiş sədri Lun Syanı 261 milyon yuandan (38,7 milyon ABŞ dollarından çox) rüşvət aldığına görə ölüm cəzasına məhkum edib. Hökmün icrası iki il müddətinə təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən məlumat yayılıb.
Qeyd olunur ki, keçmiş məmur təqsirini etiraf edib və məhkəmə zalında peşman olduğunu bildirib. Lakin bu, məhkəmənin ölüm hökmü çıxarmasına mane olmayıb.
Keçmiş məmurun bütün əmlakı müsadirə ediləcək. Dövlətə məxsus mənimsənilmiş vəsait və əmlak isə xəzinəyə qaytarılmalıdır.
Bakı 



