• Bakı 26° C

    9.4 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Türkiyədə meşə yanğınları başlayıb

DÜNYA

12 Iyul 2026 | 18:39

Türkiyədə meşə yanğınları başlayıb

Türkiyənin Muğla və Diyarbəkir vilayətlərində baş verən meşə yanğınlarının söndürülməsi üçün havadan və qurudan genişmiqyaslı əməliyyat aparılır.

Bakıvaxtı.az xəbər verir ki, Muğlanın Hamursuz Təpəsi ərazisində meşə və kənd təsərrüfatı sahəsində yanğın başlayıb. Hadisə yerinə Meşə Regional İdarəsinin və bələdiyyənin yanğınsöndürmə briqadaları cəlb olunub.

Diyarbəkirin Çüngüş rayonunun Çınarköy kəndi yaxınlığında başlayan yanğını isə güclü küləyin təsiri ilə meşəlik əraziyə yayılıb. Yanğının söndürülməsi işlərinə 14 meşə təsərrüfatı əməkdaşı, xüsusi texnika, yanğınsöndürənlər, jandarma qüvvələri və yerli sakinlər cəlb edilib.

Hər iki bölgədə alovun nəzarət altına alınması istiqamətində işlər davam edir. Yanğınların başvermə səbəbi araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026