• Bakı 26° C

    8.88 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb

DÜNYA

13 Iyun 2026 | 09:07

Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb

ABŞ-nin Müharibə Nazirliyi uçan naməlum obyektlər - anomal hadisələr haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell açıqlama verib.

"Müharibə Nazirliyi üçüncü dəfə naməlum anomal hadisələr haqqında məxfilikdən çıxarılan və tarixi sənədləri yayımlayır. Kolleksiya WAR.GOV/UFO veb saytındadır və nazirlik davamlı olaraq əlavə sənədləri yayımlayacaq", - o qeyd edib.

Parnellin sözlərinə görə, portalın 8 may 2026-cı ildə istifadəyə verilməsindən bəri, dünya üzrə 1,7 milyarddan çox ziyarətçi qeydə alınıb.

Əvvəlki sənədlər kimi, bu materiallarda da UNO məlumatlarının yerdən kənar həyatın mövcudluğuna işarə edib-etmədiyi barədə nəticə çıxarılmayıb. Həmçinin, ABŞ hakimiyyət orqanlarının bu hadisələri milli təhlükəsizliyə təhdid hesab edib-etmədiyi də göstərilməyib.

Əvvəllər məxfi saxlanılan materialların açıqlanması üzrə qurumlararası layihədə Ağ Ev, Milli Kəşfiyyat Direktorunun İdarəsi, ABŞ Energetika Nazirliyi, FTB, NASA və digər orqanlar iştirak edirlər.

Pentaqonda vurğulanıb ki, açıqlanma ABŞ Prezidenti Donald Trampın naməlum anomal hadisələrlə bağlı hökumət materiallarının məxfiliyinin açılması ilə bağlı sərəncamına uyğun olaraq, şəffaflığı maksimum təmin etmək məqsədilə həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026