Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev məzunları dövlətə və xalqa layiqli xidmət göstərməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, rektor bu barədə BDU-nun Məzun Günü tədbirində çıxışı zamanı danışıb.
Elçin Babayev bildirib ki, universitetdə qazanılan bilik və bacarıqlar ölkənin inkişafına töhfə vermək üçün mühüm əsasdır.
“Dövlətimizə, xalqımıza və gələcəyimizə qarşı məsuliyyət hissi ilə fəaliyyət göstərmək sizin ən ali vəzifəniz olmalıdır. Vətən sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq və peşəkarlıq həyat yolunuzun əsas prinsiplərinə çevrilməlidir”, - deyə rektor vurğulayıb.
O qeyd edib ki, Bakı Dövlət Universiteti hər zaman cəmiyyətə savadlı, vətənpərvər və təşəbbüskar gənclər bəxş edib və bu missiya bu gün də uğurla davam etdirilir.
Əli Hüseynov
Bakı 



