Lənkəran rayonunda bir nəfərin şəlalədə çimərkən suda itkin düşdüyü bildirilir.
Bakıvaxtı.az bizim.media-ya istinadla xəbər verir ki, hadisənin Biləsər kəndi yaxınlığında, Hirkan Milli Parkının ərazisində yerləşən Bum şəlaləsində baş verdiyi qeyd olunur.
Məlumata əsasən, hadisə ilə bağlı aidiyyəti qurumlara xəbər verildikdən sonra əraziyə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.
Hazırda hadisə yerində axtarış tədbirləri həyata keçirilir. Suda itkin düşən şəxsin tapılması və kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



