• Bakı 26° C

    8.88 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Şamaxıda Beynəlxalq Barbekü Festivalı başlayır - VİDEO

CƏMİYYƏT

13 Iyun 2026 | 08:01

Şamaxıda Beynəlxalq Barbekü Festivalı başlayır - VİDEO

Bu gün Şamaxının Meysəri kəndində Barbekü festivalı başlayır.

Bakıvaxtı.az xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur. 

Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında dünyanın müxtəlif ölkələrini təmsil edən şef-aşpazlar iştirak edir: Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya.

Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçiriləcək, pavilyonlarda isə müxtəlif ölkələrin mətbəxlərilə daha yaxından tanış olmaq imkanı yaradılacaq.

Axşam saatlarında isə ziyarətçiləri musiqili proqram gözləyir.

Festival 13-14 iyun tarixlərində saat 14:00-dan 20:00-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026