• Bakı 26° C

    9.4 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb

CƏMİYYƏT

12 Iyul 2026 | 17:48

FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

    Əlavə məlumat veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Iyul 2026