Astroloq Dinçer Güner Xərçəng bürcündə baş verəcək Yeni Ayın 12 bürcə təsirlərini dəyərləndirib. O bildirib ki, Merkuri retrosu ilə müşayiət olunan Yeni Ay keçmişdən gələn mövzuları yenidən gündəmə gətirəcək.
Musavat.com Dinçer Günerin 13-19 iyul həftəsi üçün bürc şərhlərini təqdim edir.

Qoç və yüksələn Qoç
Xərçəng bürcündə baş verən Yeni Ay sizin ev, ailə və yaşayış sahənizə təsir edir. Evinizlə bağlı təmir, köç və ya dekorasiya planlarınız varsa, keçmişdə yarımçıq qalan fikirlər yenidən gündəmə gələ bilər. Merkuri retrosu səbəbilə sıfırdan yeni addımlar atmaq əvəzinə ailə daxilində həll olunmamış məsələləri yoluna qoymaq daha doğru seçim olacaq.
Yaxınlarınızla ünsiyyətdə anlaşmazlıqlara açıq bir dövrdəsiniz. Buna görə sözlərinizi diqqətlə seçməyiniz vacibdir.
Daşınmaz əmlak alqı-satqısı və ya kirayə məsələlərində müqavilələri bir neçə dəfə yoxlamağınız məsləhətdir.
Daxilən özünüzü daha güvənli hiss etmək istəyəcəksiniz, keçmişə aid duyğular daha çox canlanacaq.
Buğa və yüksələn Buğa
Beyniniz keçmiş fikirlər, yarımçıq layihələr və vaxtilə deyilməmiş sözlərlə dolu ola bilər.
Merkuri retrosuna görə yeni müqavilələr imzalamaq və ya tamamilə yeni bir təhsilə başlamaq əvəzinə əvvəllər maraq göstərdiyiniz mövzulara qayıtmaq daha faydalıdır.
Köhnə məhəllənizdən, məktəb illərinizdən və ya uzun müddət görmədiyiniz insanlardan xəbər ala bilərsiniz.
Səyahət planınız varsa biletləri, sənədləri və vaxtı yenidən yoxlayın. Avtomobil alqı-satqısı kimi məsələlərdə isə bu dövr daha çox araşdırma aparmaq üçün uyğundur.
Əkizlər və yüksələn Əkizlər
Xərçəng bürcündəki Yeni Ay sizin maliyyə, şəxsi dəyərlər və özünüzə verdiyiniz qiymət mövzularını ön plana çıxarır.
Gəlir və xərclərinizi yenidən nəzərdən keçirmək istəyəcəksiniz. Köhnə borcları bağlamaq və maliyyə planı qurmaq üçün yaxşı fürsətlər yarana bilər.
Emosional səbəblərlə lazımsız alış-veriş etməkdən çəkinin.
İtirdiyinizi düşündüyünüz dəyərli bir əşyanı tapmaq sizi sevindirə bilər.
Xərçəng və yüksələn Xərçəng
Sizin bürcünüzdə baş verən bu Yeni Ay həyatınızda yeni səhifə açmaq istəyinizi gücləndirir. Lakin Merkuri retrosuna görə bu yeni başlanğıc daha çox keçmişi düzəltmək və köhnə qərarları yenidən qiymətləndirmək xarakteri daşıyacaq.
Görünüşünüzdə, həyat tərzinizdə və imicinizdə dəyişiklik etmək istəyə bilərsiniz, amma radikal addımları bir qədər sonraya saxlamaq daha yaxşıdır.
Keçmiş münasibətlər, həyatınızda iz buraxmış insanlar yenidən qarşınıza çıxa bilər. Özünüzü ifadə edərkən həssas ola bilərsiniz.
Sağlamlığınıza, qidalanmanıza və daxili rahatlığınıza daha çox diqqət göstərməli olduğunuz bir dövrdəsiniz.
Şir və yüksələn Şir
Tək qalmaq, özünüzə vaxt ayırmaq və daxili sükunət tapmaq ehtiyacınız arta bilər.
Merkuri retrosu keçmiş qorxuları, xatirələri və gizli duyğuları yenidən üzə çıxara bilər.
Yeni böyük layihələrə başlamaqdansa, hazırlıq mərhələsində qalmaq daha doğru olar. Meditasiya, terapiya sizə yaxşı təsir göstərəcək.
Qız bürcü və yüksələn Qız
Bu dövrdə gələcəyə daha böyük ümidlə baxmağa başlayacaqsınız, eyni zamanda uzun müddətdir əlaqə saxlamadığınız insanlarla yollarınız yenidən kəsişə bilər.
Merkurinin retro hərəkəti səbəbindən köhnə dostlarla gözlənilməz görüşlər təşkil oluna bilər.
Əgər dostlarınızla keçmişdən qalan anlaşmazlıqlar varsa, eqonu bir kənara qoyaraq münasibətləri bərpa etmək üçün çox əlverişli zamandır. Yeni tanış olduğunuz insanlara dərhal etibar etməkdənsə, zamanın sınağından çıxmış köhnə dostluqlara daha çox dəyər verməyiniz məqsədəuyğundur.
Bəzən izdiham içində belə özünüzü tənha hiss edə, aidiyyət duyğunuzu daha dərindən sorğulaya bilərsiniz.
Tərəzi və yüksələn Tərəzi
İş həyatınızda yeni istiqamət müəyyənləşdirmək istəsəniz də, Merkurinin retrosu əvvəlcə yarımçıq qalmış işləri tamamlamağı tövsiyə edir. Keçmişdə müraciət etdiyiniz, lakin cavab almadığınız bir iş yerindən qəfil müsahibə və ya iş təklifi ala bilərsiniz.
Ailə məsuliyyətləri ilə peşə həyatınız arasında tarazlıq yaratmaq çətinləşə bilər və keçmişdə yaşadığınız sıxılmışlıq hissi yenidən üzə çıxa bilər.
Əqrəb və yüksələn Əqrəb
Yeni ay sizin uzaq səfərlər, xarici ölkələrlə əlaqələr, ali təhsil və həyat fəlsəfəsi sahənizi aktivləşdirir.
Vaxtilə çox sevdiyiniz bir ölkəyə və ya şəhərə yenidən səyahət planı qurmaq sizə mənəvi rahatlıq gətirə bilər.
Bu dövrdə mənəvi baxışlarınızı yenidən dəyərləndirəcək, daxili suallarınıza cavab axtaracaqsınız.
Uzaqda yaşayan qohumlardan və ya köhnə tanışlardan gözlənilməz xəbərlər ala, nostalji hisslərini tez-tez yaşaya bilərsiniz.
Oxatan və yüksələn Oxatan
Maliyyə çətinliyi yaşayırsınızsa, vaxtilə qaçırdığınız investisiya imkanı və ya unudulmuş bir maddi dəstək gözlənilmədən qarşınıza çıxa bilər. Lakin bu dövrdə yeni kredit götürmək və ya böyük borc öhdəliyi altına girmək məsləhət görülmür.
Psixoloji baxımdan qorxularınız, narahatlıqlarınız və keçmiş travmalarınızla üzləşərək onlardan azad olmaq üçün mühüm addımlar ata bilərsiniz.
Artıq həyatınıza fayda verməyən, enerjinizi tükədən insan və situasiyaları geridə qoymaq üçün cəsarət tapacaqsınız.
Sevgi münasibətlərində qısqanclıq hissi güclənə bilər. Keçmiş münasibətlərin indiki həyatınıza təsir etməsinə imkan verməməyə çalışın.
Oğlaq və yüksələn Oğlaq
Bu dövr həyatınıza yeni bir insanın daxil olacağı hissini yaratsa da, Merkurinin retrosu səbəbindən daha çox keçmiş münasibətlər yenidən gündəmə gələ bilər.
Keçmiş sevgiliniz və ya ayrıldığınız biznes ortağınız yarımçıq qalmış məsələləri həll etmək üçün yenidən qarşınıza çıxa bilər.
Mövcud münasibətlərdə uzun müddət görməzlikdən gəldiyiniz problemlər üzə çıxa bilər. Ünsiyyətdə anlayışlı davranmaq münasibətləri qorumağa kömək edəcək.
Evlilik qərarı vermək və ya yeni müqavilələr imzalamaq üçün tələsməmək, bu addımları Merkurinin retrosu başa çatdıqdan sonra atmaq daha məqsədəuyğundur.
Ortaq layihələrdə əvvəlki səhvləri görüb düzəltmək və gələcək üçün daha sağlam təməl yaratmaq imkanı əldə edəcəksiniz.
Həyat yoldaşınız və ya sevdiyiniz insan bu dövrdə daha həssas, emosional və diqqətə ehtiyac duyan bir ruh halında ola bilər. Ona anlayış və qayğı göstərmək münasibətləri daha da möhkəmləndirəcək.
Açıq rəqabət və ya qarşıdurmalarla üzləşmək ehtimalı olsa da, güclü intuisiyanız sayəsində insanların əsl niyyətini asanlıqla hiss edəcək və doğru qərarlar verə biləcəksiniz.
Dolça və yüksələn Dolça
İş yerində keçmişdən qalan layihələr, tamamlanmağı gözləyən sənədlər və əvvəlki öhdəliklər vaxtınızın və enerjinizin böyük hissəsini ala bilər.
Bu dövrdə iş yoldaşlarınızla ünsiyyətdə daha diqqətli olun. Keçmiş iş yerinizdən gözlənilməz iş təklifi ala və ya əvvəllər birlikdə çalışdığınız insanlarla yenidən eyni layihədə iştirak edə bilərsiniz.
Sağlamlığınıza xüsusi diqqət ayırın. Qidalanma rejiminizi nizama salın, xüsusilə mədə və həzm sistemi ilə bağlı problemlərə qarşı ehtiyatlı olun.
Gündəlik həyatın sürətli tempi sizi həm fiziki, həm də emosional baxımdan yorarsa, özünüzə dincəlmək üçün vaxt ayırmağı unutmayın.
Balıqlar və yüksələn Balıqlar
Sevgi həyatınızda nostalji hissləri güclənə bilər. Keçmiş münasibətlər, yarımçıq qalmış hekayələr və "kaş başqa cür olsaydı" dediyiniz xatirələr yenidən gündəmə gələ bilər.
Vaxtilə sevdiyiniz, lakin sonradan yarımçıq qoyduğunuz bir hobbi, idman növü və ya yaradıcılıq fəaliyyəti ilə yenidən məşğul olmaq ruhunuza yeni rəng qatacaq.
Əgər subaysınız və həyatınıza yeni biri daxil olarsa, həmin şəxsin əslində keçmişdən tanıdığınız biri olması ehtimalı yüksəkdir.
Riskli investisiyalar, xüsusilə birja və yüksək risk daşıyan maliyyə qərarları üçün münasib vaxt deyil. Bu dövrdə mövcud imkanlarınızı qorumaq daha ağıllı seçim olacaq.
Yaradıcılıq potensialınız maksimum səviyyəyə çatsa da, planlaşdırma və təşkilatçılıq sahəsində yaranan çatışmazlıqlar səbəbindən bəzi gecikmələr yaşana bilər.
İstirahət və əyləncə zövqünüz də dəyişə bilər. Səs-küylü məclislər əvəzinə evdə rahat atmosferdə filmlərə baxmaq, sevdiklərinizlə vaxt keçirmək və özünüzü təhlükəsiz hiss etdiyiniz mühitdə olmaq sizə daha çox xoşbəxtlik bəxş edəcək. /Musavat.com
Bakı 



