• Bakı 26° C

    8.88 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Emin Əmrullayev məzunları TƏBRİK ETDİ

CƏMİYYƏT

13 Iyun 2026 | 10:18

Emin Əmrullayev məzunları TƏBRİK ETDİ

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesablarında “Son zəng”lə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz məzunlar,

Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm.

Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz.

Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026