Astroloqların proqnozlarına görə, bu ay bəzi bürclər üçün dönüş nöqtəsi ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, ulduzların düzülüşü karyera, maliyyə, sevgi və şəxsi inkişaf sahələrində mühüm dəyişikliklər vəd edir. Bəziləri uzun müddətdir gözlədiyi xəbəri alacaq, digərləri isə həyatını tamamilə fərqli istiqamətə aparacaq qərarlar verəcək. Bəs bu ay şansın üzünə güldüyü və taleyində yeni səhifə açılacağı deyilən 5 bürc hansılardır?
Qoç – Yeni imkanlar qapınızı döyəcək. İş və maliyyə sahəsində gözlənilməz təkliflər ala, şəxsi həyatınızda isə sevindirici dəyişikliklərlə qarşılaşa bilərsiniz.
Əkizlər – Uzun müddətdir həllini gözləyən məsələlər yoluna düşəcək. Yeni tanışlıqlar və əməkdaşlıqlar gələcək planlarınız üçün uğurlu başlanğıc ola bilər.
Şir – Ulduzlar sizə liderlik və uğur enerjisi bəxş edir. Karyerada yüksəliş, gəlirin artması və mühüm qərarlar üçün əlverişli dövr hesab olunur.
Tərəzi – Münasibətlərdə yeni mərhələ başlayır. Subaylar ciddi tanışlıq edə, münasibətdə olanlar isə gələcəklə bağlı mühüm addımlar ata bilərlər.
Balıqlar – Daxili gücünüz və intuisiyanız sayəsində doğru seçimlər edəcəksiniz. Qarşıdakı günlər həm maddi, həm də mənəvi baxımdan müsbət yeniliklər gətirə bilər.
Ayşəgül
Bakı 



