• Bakı 23° C

    10.01 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

FHN-dən Qəbələdəi zəlzələ ilə bağlı MƏLUMAT

CƏMİYYƏT

12 Iyun 2026 | 16:09

FHN-dən Qəbələdəi zəlzələ ilə bağlı MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi bu gün baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12.06.2026-cı il tarixində yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 km cənub-qərbdə, Qəbələ rayonunda 42 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR