• Bakı 30° C

    4.72 m/s

Yol Polisi Hacıqabuldakı qəzayla bağlı məlumat yayıb

CƏMİYYƏT

12 Iyul 2026 | 11:06

Yol Polisi Hacıqabuldakı qəzayla bağlı məlumat yayıb

Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

İdarədən Bakıvaxtı.az-a verilən xəbərə görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.

    Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə holun sol kənarındakı beton arakəsmələrə dəyib. Daha sonra aşıb.

    Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Avqust 2026