• Bakı 28° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

CƏMİYYƏT

12 Iyul 2026 | 14:25

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Xaçmaz rayonunda uzun müddətdir sakinlərin gözlədiyi yol layihəsinin icrasına start verilib. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2025-ci il tarixli sərəncamına əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və 13 kəndi – Köhnə Xaçmaz, Xaspoladoba, Gəncəli, Babəli, Əzizli, Əhmədoba, Müşviq, Müşkür, Hacıqazma, Hacıəhmədoba, Şərifoba, Qaracəlli və Xəzərli kəndlərini birləşdirən 28 kilometrlik yolun əsaslı təmiri və asfaltlanması işlərinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda əraziyə xüsusi texnikalar cəlb olunub, yolun müxtəlif hissələrində təmir və asfalt örtüyünün salınması üçün hazırlıq işləri görülür.

Layihənin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 14 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin inşaatçıları aparır.

Qeyd edək ki, ölkə başçısının 11 iyun 2025-ci il tarixli, 623 nömrəli Sərəncamı ilə sözügedən layihənin icrası üçün ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb. /Bizim.Media


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026