• Bakı 28° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Tanınmış müğənnidən ÜZÜCÜ XƏBƏR gəldi - FOTOLAR 

CƏMİYYƏT

12 Iyul 2026 | 14:01

Tanınmış müğənnidən ÜZÜCÜ XƏBƏR gəldi - FOTOLAR 

“Adamım” mahnısı ilə illər sonra yenidən gündəmə gələn məşhur müğənni Kader mədə kiçiltmə əməliyyatı keçirib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən il aritmiya səbəbilə əməliyyat olunan Kader yenidən əməliyyat masasına yatıb.

6a520f75774653f687aa9208.jpg (72 KB)

Məlumata görə, sənətçi sağlamlığı ilə bağlı problemlər səbəbindən mədə kiçiltmə əməliyyatı keçirib.

Müğənninin səhhəti ilə bağlı açıqlama verən sənətçi Sevda Sevcan deyib:

“Bizi maraqlanan dostlarımız üçün bildirək ki, sənətçi Kader mədə kiçiltmə əməliyyatı keçirmək məcburiyyətində qaldı. Bildiyiniz kimi, uzun müddətdir sağlamlığı və ürəyi ilə bağlı problemləri var idi. Bu günlər də keçəcək. Bunun da öhdəsindən birlikdə gələcəyik. Daha sağlam həyat üçün inşallah hər şey yaxşı olacaq. Hər şey çox gözəl olacaq. Hamımız sənin yanındayıq”.

6a521031774653f687aa9216.jpg (75 KB)

Qeyd edək ki, müğənni Kader sosial mediada çəkisi ilə bağlı sərt və xoşagəlməz tənqidlərə məruz qalmışdı. / Musavat.com

6a520f82774653f687aa920a.jpg (61 KB)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026